Rostovu qorxu altında saxlayan Melkumyanlar


Dünya 28 Okt 2020 16:53:00 148 0

Rostovu qorxu altında saxlayan Melkumyanlar

Rusiyanın Rostov şəhərində hüquq-mühafizə orqanlarında geniş yayılmış erməni diasporu regionda cinayətkarlığın və qanunsuzluğun artmasının başlıca səbəblərindəndir. Əksər vaxtlarda bu icmanın nümayəndələri Ermənistandan gələnlərə himayədarlıq edir və yerli sahibkarları sıxışdırır.

Son.az Trend-ə istinadən bildirir ki, şəhərdə məşhurlaşmış Melkumyanlar ailəsinin nümayəndələri barədə açılan cinayət işi bunu təsdiq edir.

Qeyd olunur ki, Rostov polisinin müstəntiqi Aleksandr Melkumyan narkotik tacirindən cəzadan boyun qaçırmaq üçün 150 min rubl alarkən saxlanılıb.

Hazırda o, cinayət işinə cəlb edilib və 6 il müddətinədək həbs edilə bilər.

Bununla belə, Melkumyan soyadı rostovlulara çoxdan tanışdır. Onun yaxınları Sergey Melkumyan prokurorluq əməkdaşı, Aleksandr Melkumyan isə İstintaq Komitəsinin müstəntiqidir.