"Hətta yoldaşıma da demişəm ki, Şuşadan özünə iş taparsan"


Şou-biznes 28 Okt 2020 16:04:00 101 0

"Hətta yoldaşıma da demişəm ki, Şuşadan özünə iş taparsan"

1990-cı illərin dəhşətini canlı yaşayıb, öz yurdlarından ayrı düşən soydaşlarımız var. Onların sevinci, həyəcanı, həsrəti tamam  başqadır. Doğulub, dünyaya göz açdıqları, ilk addımlarını atdıqları torpaqlara qovuşmağın xoşbəxtliyini yaşayırlar. Hər an gözləri xəbərlərə, cənab Prezidentin çıxışlarına zillənir. Öz kəndlərinin, rayonlarının xoş xəbərini eşitmək istəyirlər. Nə deyək? Onların keçirdiyi hissləri sözlə izah etmək çətindir. Biz də torpaq niskilini ürəklərində yaşadan həmvətənlərimizlə dərdləşib həm sevinclərinə şərik oluruq, həm də həyəcanlarını bölüşürük.

Sənətə gəldiyi gündən doğma yurdunun adını özünə təxəllüs götürən tanınmış müğənni Xuraman Şuşalı da sherg.az-la həmsöhbət olub. Xuraman xanım, tezliklə Şuşanın işğaldan azad olunacağına inandığını söyləyib: 

- Əminəm ki, Xocalıda tökülən qanların qisasını alacağıq. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Cənab Prezidentin danışığı, nitqi bizi tam şəkildə inandırdı ki, geri çəkilməyəcəyik. Biz müharibənin dayanmasını istəmirik.  Həm də ermənilər çox azğınlaşmışdılar. Müharibə olmasa da  atəşkəsi pozurdular. Tovuza hücum etdilər, təxribatlara əl atdılar. Bizim sakit dayanmağımız onları arxayın salmışdı. Düşünürdülər ki, bizlə belə rəftar edə bilərlər. Şükürlər olsun ki, Prezidentimiz onları yerlərinə otuzdurdu. Mənfur düşməni iti qovan kimi torpaqlarımızdan qovur. 

- Şuşanın xəbərini səbirsizliklə gözləyərsiz hər halda...

- İndi Xocalının işğaldan azad olunmağını gözləyirəm. Ermənilər yaşlı əsgərləri vuruşmağa gətiriblər. Allah onları öz ayaqları ilə gətirib ki, Xocalı torpağında tikə-tikə olsunlar. Bizim qisasımız alınsın. Hazırda bunun üçün dua edirəm. Çünki Xocalıda məsum balaların qanı tökülmüşdü, onlara qarşı vəhşilik törətmişdilər. Ona görə Xocalının xəbərini gözləyirəm. Allahdan istəyim odur ki, itki verməyək. Analar balasız, övladlar atasız qalmasın. Mən özüm atasız böyümüşəm.  Atam Qarabağ yolunda vuruşub. O ab-havada boya-başa çatmışam. İstəmirəm balalarımız  həmin travmanı alsınlar.

- Qarabağda keçən günləriniz yadınıza gəlirmi? 

- Əlbəttə, Şuşadan çıxanda 8 yaşım var idi. Uşaqlığım Şuşanı gəzməklə keçib. Orda İsa bulağında, Cıdır düzündə gözəl günlərim olub. Hamısını xatırlayıram. Uşaqlıq xatirələrimi Şuşada yada salmaq üçün səbirsizlənirəm.

- Yəqin ki, Şuşayla bağlı gələcək planlarınız var... 

- İcazə veriləndən sonra ora ilk  gedənlərdən olacam. Hətta Şuşada yaşamaq niyətim var. İşlərim, toylarım olanda gəlib-gedərəm. İnşallah, oğlanlarımız evlənsin, qızlarımız gəlin köçsün. İnanıram ki, toyların çoxu Qarabağda olacaq. Ora köçəcəm. Hətta yoldaşıma da demişəm ki, Şuşadan özünə iş taparsan. Çünki onun işi televiziyadır, Bakıdadır. O vaxtı Şuşanın da televiziyası var idi. İnşallah, yenə olacaq.

 
Abşeronda evlərdən oğurluq edən şəxs saxlanıldı like
  • 28 Okt 15:58  
Kriminal Abşeronda evlərdən oğurluq edən şəxs saxlanıldı

Abşeronda evlərdən oğurluq edən şəxs saxlanılıb.

arrow Ətraflı
Azərbaycan Ordusu düşməndən Bərdənin qisasını almağa davam edir  VİDEO like
  • 28 Okt 15:57  
Siyasət Azərbaycan Ordusu düşməndən Bərdənin qisasını almağa davam edir VİDEO

Azərbaycan Ordusu erməni terrorçularından Bərdənin qisasını almağa dava

arrow Ətraflı
Düşmən Tərtər rayonunun ərazisini yenidən atəşə tutub like
  • 28 Okt 15:53  
Digərləri Düşmən Tərtər rayonunun ərazisini yenidən atəşə tutub

Oktyabrın 28-də saat 15:30-da Ermənistan silahlı qüvvələrinin bölmələr

arrow Ətraflı
“NewYork Times” Qarabağdakı döyüşlərdən yazdı  FOTO like
  • 28 Okt 15:47  
Siyasət “NewYork Times” Qarabağdakı döyüşlərdən yazdı FOTO

Nüfuzlu "New-York Times" qəzetində jurnalist Şarlotta Qallın İki

arrow Ətraflı
Ermənilərin yarımçıq qoyduğu həyatlar...  FOTO like
  • 28 Okt 15:42  
Siyasət Ermənilərin yarımçıq qoyduğu həyatlar... FOTO

Məlum olduğu kimi, elan edilmiş humanitar atəşkəs rejimini pozan Erməni

arrow Ətraflı
Bərdədə ölənlərin hər biri günahsız insanlardır  Hikmət Hacıyev like
  • 28 Okt 15:34  
Siyasət Bərdədə ölənlərin hər biri günahsız insanlardır Hikmət Hacıyev

Ermənistan Bərdə şəhərində soyqırım aktı törədib.

arrow Ətraflı
Bərdədə erməni terroru törədilən ərazidə son vəziyyət like
  • 28 Okt 15:33  
Digərləri Bərdədə erməni terroru törədilən ərazidə son vəziyyət

Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunun mərkəzini raket atəşi

arrow Ətraflı
Yeni Zelandiya ictimaiyyəti erməni təcavüzü barədə məlumatlandırılır  FOTO like
  • 28 Okt 15:31  
Siyasət Yeni Zelandiya ictimaiyyəti erməni təcavüzü barədə məlumatlandırılır FOTO

"Azəri" Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilat

arrow Ətraflı
Bərdədə erməni terroru olan ərazidə xilasetmə işləri davam etdirilir like
  • 28 Okt 15:26  
Siyasət Bərdədə erməni terroru olan ərazidə xilasetmə işləri davam etdirilir

Ermənistan humanitar atəşkəs rejimini kobudcasına pozaraq mülki obyektlər

arrow Ətraflı
Ermənistan mülki insanlarımıza hücumları davam etdirsə, lazımi tədbirlər görüləcək like
  • 28 Okt 15:25  
Siyasət Ermənistan mülki insanlarımıza hücumları davam etdirsə, lazımi tədbirlər görüləcək

Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı bu hücumları davam et

arrow Ətraflı
Məktəblərdə işğaldan azad olunan ərazilər haqqında bülletenlər hazırlanacaq like
  • 28 Okt 15:20  
Digərləri Məktəblərdə işğaldan azad olunan ərazilər haqqında bülletenlər hazırlanacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhs

arrow Ətraflı
Azərbaycanlı deputatlar Moldovada prezident seçkilərini müşahidə edəcəklər like
  • 28 Okt 15:14  
Siyasət Azərbaycanlı deputatlar Moldovada prezident seçkilərini müşahidə edəcəklər

Milli Məclisin bir qrup deputatı Moldovada noyabrın 1-də keçiriləcək prez

arrow Ətraflı
Hikmət Hacıyev hərbi attaşeləri Bərdəyə səfər etməyə çağırıb like
  • 28 Okt 15:11  
Siyasət Hikmət Hacıyev hərbi attaşeləri Bərdəyə səfər etməyə çağırıb

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin

arrow Ətraflı