Piyada dəhşətli qəzadan son anda xilas oldu


Dünya 28 Okt 2020 14:46:00 136 0

Piyada dəhşətli qəzadan son anda xilas oldu

Rusiyada baş vermiş dəhşətli yol qəzası anbaan görüntülənib.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Qrodno şəhərində qeydə alınıb. İdarəetməni itirən "Passat" markalı avtomobil "Touareg" ilə toqquşub. Nəticədə səkiyə çırpılıb.

Bu zaman səki ilə hərəkət edən yaşlı qadın ölümdən son anda xilas ola bilib. "Passat"ın bamperi qoparaq qadının ayağına dəyib. Xoşbəxtlikdən sürücülər də xəsarət almayıb. Videonu təqdim edirik: