Paşinyan onu da işdən çıxardı


Dünya 28 Okt 2020 14:13:00 158 0

Paşinyan onu da işdən çıxardı

Ermənilər tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı gedən hərbi əməliyyatlarda ard-arda məğlub olan Ermənistan hökuməti daha bir yüksək vəzifəli şəxsi istefaya göndərib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ermənistanın Ədliyyə Nazirinin müavini Vahe Danielyan vəzifəsindən azad edilib. Müvafiq fərmanı baş nazir Nikol Paşinyan verib.

Qeyd olunur ki, V. Danielyan bu posta 2019-cu ilin dekabrında təyin edilmişdi.

Xatırladaq ki, son iki gün ərzində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat şöbəsinin rəisi, general-mayor Ovannes Karumyan, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları komandanı Vaqinak Sarkisyan və Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının qərargah rəisi Qaqik Tevosyan tutduqları vəzifədən azad olunublar.