Bərdədə həlak olanlar torpağa tapşırıldılar FOTO


Digərləri 28 Okt 2020 13:51:00 147 0

Bərdədə həlak olanlar torpağa tapşırıldılar  FOTO

Məlum olduğu kimi, ötən gün Ermənistan silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc əhaliyə qarşı növbəti cinayəti Bərdədə törədib. 

Hadisə nəticəsində həlak olan 4 nəfər - Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı bu gün torpağa tapşırılıb. 

Son.az qafqazinfo-ya istinadən Ehtiram İsmayılov, Ofeliya Cəfərova və Aybəniz Əhmədovanın dəfnindən fotoları təqdim edir: