COVID19u neytrallaşdıran dərman yaradılıb


Dünya 28 Okt 2020 04:30:00 165 0

COVID19u neytrallaşdıran dərman yaradılıb

Venesuela Prezidenti Nikolas Maduro elan edib ki, onun ölkəsinin alimləri COVID-19-u 100 faiz neytrallaşdıra biləcək dərman işləyib hazırlayıblar. Bu molekul TR-10 adını daşıyır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçısının sözlərinə görə, Venesuela Elmi-Tədqiqat İnstitutu (IVIC) 6 ay ərzində yeni preparatın effektivliyini öyrənib. IVIS yaxın günlərdə preparatı təsdiqlənmək üçün Ümumdünya Səhiyyə Təşkilatına yollayacaq.

TR-10 molekulu hər hansı zəhərləmə qabiliyyətinə malik deyil və kənar təsir əmələ gətirmir.

Qeyd edək ki, indiyədək Venesuelada koronavirusa yoluxanların sayı 89565 nəfərə çatıb, 773 nəfər isə bu xəstəlikdən vəfat edib.