Hibrid müharibələr – Asimmetrik müharibələrin növü kimi


Digərləri 27 Okt 2020 20:50:00 172 0

Hibrid müharibələr – Asimmetrik müharibələrin növü kimi

Müharibə anlayışının dəyişməsi və 20-ci əsrin sonlarında ortaya çıxan yeni müharibə formaları hərbi ekspertlər, politoloqlar və hərbi tarixçilər arasında ardıcıl debatlar olaraq ciddi mövzulara çevrilib. Şərti olaraq Klauzevits sonrası və ya ənənəvi olmayan kimi adlandırdığımız bu dövrdə müharibənin xarakterini və dinamikasını təsvir etmək və ya 21-ci əsrdə müharibə növlərini ən yaxşı şəkildə göstərmək üçün bir neçə konsepsiya işlənilib.  

Digər tərəfdən, məqalədə müharibə anlayışında gedən transformasiya proseslərin 20-ci əsrin sonlarında onun yeni formalarını və ya yeni kateqoriyalarını ortaya çıxarmadığı, əksinə daha əvvəllər istifadə olunan, amma sonradan müəyyən səbəblərdən müraciət olunmayan və ya az müraciət olunan müharibə növlərinə diqqət yetirilir. Məqalədə müharibənin dəyişdirici mahiyyətini ortaya qoymaq üçün xüsusi anlayışların (yeni müharibələr, dördüncü nəsil müharibəsi, mürəkkəb müharibə kimi) əsas arqumentləri təqdim edilir. Yeni müharibələr  

Müharibə anlayışındakı transformasiya ilə bağlı müzakirələrin çoxu ənənəvi dövlətlərarası müharibə və qeyri-ənənəvi dövlətdaxili silahlı qarşıdurmalar arasındakı fərqlə bağlı idi. 1990-cı illərin sonu və 21-ci əsrin əvvəlləri köhnə müharibələr - yeni müharibələr dixotomiyası və qloballaşmanın yeni müharibə nümunələri yaratmasının şahidi oldu. "Yeni müharibələr" termini akademik camiada geniş və maraqlı bir mübahisəyə səbəb oldu və müharibə anlayışında gedən transformasiyanı başa düşmək üçün aparılan elmi araşdırmaların əsas elmi mövzusu oldu. Bir tərəfdən Meri Kaldor, Herfried Münkler, Mark Duffield, Dietrich Jung və Klaus Schlichte, Bjørn Møller kimi bir neçə alim ənənəvi müharibə, Klauzevitssayağı müharibə, trinitaryan müharibə (müasir dövlətin yüksəlişi ilə əlaqəli) və Soyuq Müharibədən sonrakı silahlı qarşıdurmaların yeni aspektləri arasındakı əsas fərqlərə diqqət yetirdilər. Yeni müharibələrlə əlaqədar alimlərin ümumi müşahidəsi ondan ibarətdir ki, İkinci Dünya Müharibəsindən sonra dövlətlərarası müharibənin klassik, Klauzevitssayağı nümunəsi tədricən dövlətdaxili zorakılığın müxtəlif formaları ilə əvəz olundu. Regional xüsusiyyətlərə baxmayaraq (yəni müharibənin xüsusiyyətlərinin bəziləri regionun coğrafi, mədəni, iqtisadi şərtlərinə görə spesifik ola bilər) son və müasir silahlı qarşıdurmalarım müəyyən ümumi xüsusiyyətləri mövcuddur: 1. Müharibənin asimmetrik konfiqurasiyası; 2. Jus in bello-ya edilən (Müharibə etmək hüququ) hörmətsizlik; 3. Mülki şəxslərə qarşı yönəlmiş zorakılıq. Son.az techland.az-a istinadən bildirir ki, qloballaşmanın müharibə anlayışına təsir etməsi nəticəsində "yeni müharibələr" konsepsiyası transmilli və transmilli və sub-dövlət təhdidlərinin yarandığını iddia edir. Beləliklə, müharibənin destatizasiyası (dövlətsizləşdirilməsi) iqtisadi qloballaşmanın transformasiya gücü, kimlik siyasəti (identity politics), mülki şəxslərin məcburi yerini dəyişməsi və zərər çəkməsi göstərir ki, ən son və müasir müharibələrdə dərin dəyişikliklər gedib. Herfried Münkler qeyd edir ki, "dövlətlərarası müharibənin klassik modelinin artıq istifadə olunmadığı görünür" və bildirir ki, dövlətlər mütəşəkkil zorakılıqda faktiki olaraq inhisarlarını itirirlər və onlar "hərbi sahibkarlar" ilə əvəzlənirlər.  

Münkler yazır: "Dövlətlər müharibə sahəsində de-fakto inhisarçılığını itiriblər, onları yarımhərbi və ya qismən özəl aktorlar əvəz edib - yerli hərbçilər və partizan dəstələrindən tutmuş dünya miqyasında fəaliyyət göstərən muzdlu firmalarına qədər beynəlxalq terror şəbəkələrinə qədər". Yeni müharibələrin xüsusiyyətləri ilə bağlı əsas fikilər hərbi iqtisadiyyatdan gəlir götürən və sülh proseslərinin başlanmasında və ya "zorakılıqdan imtina" da birbaşa və ya dolayı maraqları olmayan "maraq qruplarının çoxluğu" ilə bağlıdır. Müəllif müharibənin transformativ xarakteri ilə bağlı fikirləri bir neçə dəyişikliklər üzərində dayanır: - müharibənin destatizasiyası (dövlətsizləşdirilməsi) və ya hərbi qüvvələrinnin özəlləşdirilməsi; - hərbi gücün daha böyük asimmetriyası; - zorakılıq formalarının avtonomiyası. Bu cür müharibələrin uzanması tendensiyası (kölgə iqtisadiyyatı, kənar güclərin dəstəyi, resurs istehlakının artması və yerli hərbçilərin hərbi iqtisadiyyatından qazanc əldə etməsi səbəbindən) olduğu üçün əsas xüsusiyyətlərdən biri də odur ki, "dövlətlər arasındakı qısa müharibələr" (əsasən XVII əsrin ortalarından XX əsrin əvvəllərinə qədər müşahidə olunurdu) "cəmiyyətlər arasındakı uzun müharibələr" ilə əvəz edilir. Sonuncu qeyd olunan hadisənin aşağıdakı xüsusiyyətləri var: - qüvvələrin/müharibə edən tərəflərin asimmetriyası; - şiddətin tədricən özəlləşdirilməsi; - mülki şəxslərə qarşı gücün (son dərəcə qəddarlıqla) tətbiq edilməsi. Eynilə, Meri Kaldor və Basker Vashee də qeyd edir ki, yeni müharibələr özü ilə bərabər yeni qəddarlıqlar gətirir. Bunlar əsasən mülki şəxslər, yəni qeyri-döyüşçüləri hədəf alan vəhşiliklərdir, məsələn, "əhalinin geniş miqyasda yerdəyişməsi, sosial həyatın məhv olması, tarixi və mədəniyyət abidələrinin dağıdılması və s. Müəlliflər bildirir ki, bu müharibənin xarakterinin dəyişdiyini göstərir, yəni artıq müharibədə birbaşa iştirak edənlərdən daha çox mülki şəxslər həyatını itirir.  

Digər tərəfdən, bir sıra elmi əsərlər müasir müharibələrin "yeniliyinə" qarşı çıxır. Siniša Malešević, Mats Berdal, E.A. Henderson və D. Singer müasir müharibələrin səciyyələndirən xüsusiyyətlərin (qırğınlar, banditizm, əhalinin yerdəyişməsi və ya cinsi zorakılıq müharibə taktikası kimi) əslində yeni olmadığını, uzun tarixə sahib olduqlarını, "yeni müharibələr"in çoxu sadəcə müxtəlif dövlətlərarası, ekstremal və daxili müharibələrin birləşməsi, yəni "köhnə müharibələr"in bir kateqoriyaya yığılmış forması olduğunu qeyd edirlər. Yeni müharibələr haqqında tezislər yenidən nəzərdən keçirildi. Mary Kaldor kimi bəzi alimlər tənqidlərə cavab olaraq bu məsələyə yenidən baxdılar və əsas arqumentlərini yenidən ifadə etdilər: Yeni müharibələr empirik bir kateqoriya kimi deyil, daha çox həm tədqiqat strategiyası, həm də siyasətə bələdçi olaraq müasir müharibənin məntiqini izah etmək yolu kimi başa düşülməlidir Nyuman qeyd edir ki, "yeni müharibələr haqqında ədəbiyyat müasir münaqişənin xüsusiyyətlərini şişirtməklə vətəndaş müharibəsi anlayışının dərinləşməsinə böyük şərait yaradıb" və "vətəndaş müharibəsinin sosial və iqtisadi dinamikasına dair ədəbiyyat, insan təhlükəsizliyi də daxil olmaqla, təhlükəsizlik müzakirələri üçün zəngin məlumatlar təqdim edir". Dördüncü nəsil müharibələri Köhnə müharibə və yeni müharibə arasındakı mübahisələri ilə yanaşı, daha bir maraqlı anlayış ortaya çıxıb - Dördüncü Nəsil Müharibələri (DNM). İndiyə qədər qeyd olunan iki yanaşmada müəyyən əsas elementlər mövcuddur: