Dağlıq Qarabağda sülh şəraitinə qayıtmaq ətraf mühitə ziyanın qarşısını alacaq UNEP


Siyasət 27 Okt 2020 19:08:00 172 0

Dağlıq Qarabağda sülh şəraitinə qayıtmaq ətraf mühitə ziyanın qarşısını alacaq  UNEP

Dağlıq Qarabağda sülh şəraitinə qayıtmaq ətraf mühitə daha çox ziyan vurulmasının qarşısını alacaq.

Son.az bildirir ki, bunu Trend-ə BMT-nin Ətraf mühit üzrə Proqramının (UNEP) nümayəndəsi deyib.

O bildirib ki, BMT-nin baş katibi və İnsan haqları üzrə ali komissarın bəyan etdiyi kimi, məkandan asılı olmayaraq, mülki şəxslərin və mülki infrastrukturun müdafiəsi üçün beynəlxalq humanitar hüquq üzrə bütün öhdəlikləri yerinə yetirmək vacibdir:

"Biz BMT-nin döyüş əməliyyatlarının dərhal dayandırılması və ətraf mühitə daha çox ziyanın vurulmasının qarşısının alınması ilə bağlı çağırışını dəstəkləyirik".

Son.az