Ukraynada qaz kəskin bahalaşacaq


Dünya 27 Okt 2020 18:14:00 194 0

Ukraynada qaz kəskin bahalaşacaq

Ukraynada əhali üçün təbii qazın qiyməti noyabrın 1-dən kəskin artacaq. Bu barədə qərarı Ukraynanın "Naftoqaz" şirkəti verib.

Son.az APA-ya istinadən bildirir ki, beləliklə, cari ilin noyabrın 1-dən etibarən Ukraynada daxili ehtiyaclar üçün qazın qiyməti 35% artacaq.

"Naftoqaz"ın mətbuat xidməti xəbər verir ki, "aylıq" tarifində bir kubmetr qazın qiyməti 35% artaraq 6,33 qrivna (təxminən 0,38 manat) təşkil edəcək (paylanma istisna).

Müştərilər əvvəllər "illik" tarifə qoşulmuşdusa, onlar üçün ödəmə yay mövsümünə keçid dövründə olan qiymətlə müəyyənləşdiriləcək. Bu tarif 31 oktyabr tarixinədək aktivləşdirilə bilər ki, sonradan qazın bir kubmetri 5,24 qrivnaya (0,31 manat) başa gələcək və bütün il ərzində qüvvədə olacaq. Bu tarixdən sonra isə qazın qiyməti 6,45 qrivna (0,39 manat) olacaq.

"Naftoqaz" qiymətlərin kəskin artımının mövsümi amillə yanaşı, yanacağın topdansatış qiymətindəki artımla da əlaqəli olduğunu bildirir.

Xatırladaq ki, "Naftoqaz" oktyabrın əvvəlində Ukraynada istilik istehsalçıları üçün bir kubmetr qazın qiymətini (ƏDV və boru kəməri sistemi ilə nəqliyyat xərcləri istisna) 24% artıraraq 5 374 qrivnaya (322,8 manat) qaldırmışdı.