Fransanın müvəqqəti işlər vəkili İran XİNə çağırılıb


Dünya 27 Okt 2020 17:22:00 160 0

Fransanın müvəqqəti işlər vəkili İran XİNə çağırılıb

Fransa rəsmilərinin İslam peyğəmbəri barədə karikaturaları dəstəkləmələri ilə bağlı Fransanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili Florent Aydalot İranın Xarici İşlər Nazirliyinə çağırılıb və İranın rəsmi etirazı ona bildirilib.

Son.az Trend-ə istinadən bildirir ki, Fransa rəsmisinə çatdırılıb ki, İslam peyğəmbərinə hər hansı hörmətsizlik kəskin şəkildə pislənilir:

"İran Fransada islamofobiyanın güclənməsi və söz azadlığı adı altında nifrətin qızışdırılmasından dərin təəssüflənir".