Pakistanda mədrəsədə partlayış:


Dünya 27 Okt 2020 13:57:00 157 0

Pakistanda mədrəsədə partlayış:

Pakistanın Heybər-Pahtunhva vilayətində bir mədrəsədə baş verən partlayış nəticəsində 7 tələbə həlak olub, uşaqlar da daxil olmaqla 70 nəfər yaralanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, partlayış vilayətin Pişəvər bölgəsindəki mədrəsədə bir mühazirə zamanı baş verib.

Vilayət komissarı Mansur Aman ilk yoxlama hesabatlarına görə, hadisədə kustar üsulla hazırlanmış 5 kiloqramlıq partlayıcıdan istifadə edildiyini bildirib.

Partlayış yerinə çox sayda təcili yardım və yanğınsöndürən cəlb edilib.

Hücumun məsuliyyətini hələ heç bir terror təşkilatı öz boynuna götürməyib.