Uşaqlarına mayallaq aşmağı öyrətmək istəyirdi,


Dünya 27 Okt 2020 10:45:00 170 0

Uşaqlarına mayallaq aşmağı öyrətmək istəyirdi,

Uşaqlarına mayallaq aşmağı öyrədərkən boynunu qıran ata iflic qalıb.

Son.az oxu.az-a istinadən bildirir ki, dəhşətli hadisə Böyük Britaniyada baş verib.

İki uşağı olan 38 yaşlı Ueyn Dakvort istirahət gününü əyləncəli keçirmək qərarına gəlib. Bunun üçün yaxın qohumlarını evinə dəvət edib.

Böyüklər həyətdə dincəldikdən sonra evə keçiblər. Qohumlar spirtli içki qəbul edib, kart oynayıb və uşaqlarla əyləniblər.

"Uşaq vaxtı mayallaq aşmağımızı xatırladıqda, baş təlxək olaraq, bunu qonaq otağında xalçanın üstündə etmək qərarına gəldim", - deyə Dakvort olanları xatırlayır.

Lakin dombalaq aşarkən ata qəfil bədəninin sustaldığını hiss edib.

Kişi təcili xəstəxanaya çatdırılıb. Həkimlər onun akrobatik elementi yerinə yetirərkən onurğa beynini zədələndiyini və sinəsindən ayaqlarına qədər iflic olduğunu müəyyən ediblər.

Britaniyalı kişi üç həftə reanimasiya şöbəsində qalıb. Bundan sonra o, travma mərkəzinə köçürülüb.

"Hazırda yeni reallığa uyğunlaşmağa çalışıram", - deyə o, bildirib.