Kamçatkada zəlzələ olub


Dünya 27 Okt 2020 09:44:00 153 0

Kamçatkada zəlzələ olub

Rusiyanın Kamçatka yarımadasının şərq sahilləri yaxınlığında 4,5 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin filialında bildirilib.

Bildirilib ki, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Təkanların hiss olunması barədə yerli sakinlərdən gələn məlumat hələ dəqiqləşdirilməyib. Sunami təhlükəsi elan edilməyib. Xəsarət alan yoxdur.