Ərdoğan: “Terrorla mübarizəmizi davam etdirəcəyik”


Dünya 27 Okt 2020 08:53:00 173 0

Ərdoğan: “Terrorla mübarizəmizi davam etdirəcəyik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Hatayda baş verən terror aktı ilə əlaqədar fikirlərini bölüşüb.

O, bununla bağlı rəsmi "Twitter" hesabında paylaşımlar edib.

R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə bu cür hücumların təşkil edildiyi, idarə olunduğu, məşğul edildiyi ölkə deyil:

"Təhlükəsizlik qüvvələrimizin səyi nəticəsində həm sərhədlərimiz daxilində, həm də xaricində terrorçulara və onları dəstəkləyənlərə qarşı mübarizəmizi davam etdirəcəyik".