Bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirildi, həyatını xilas etmək mümkün omadı


Kriminal 26 Okt 2020 15:19:00 205 0

Bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirildi, həyatını xilas etmək mümkün omadı

Şamaxı sakini həmyerlisini qətlə yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, oktyabrın 24-də şəhər sakini Samir Əhmədovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla bu cinayət əməlinin şəhər sakini X.Əliyev tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində X.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.