Polşada aborta qadağaya görə etirazlar başladı


Dünya 26 Okt 2020 14:46:00 296 0

Polşada aborta qadağaya görə etirazlar başladı

Dölün qüsurları səbəbindən abort qadağasına etiraz edən minlərlə polşalı ölkənin müxtləif şəhərlərində etiraz aksiyası keçirib.

Son.az oxu.az-a istinadən bildirir ki, etirazlar Varşava, Qdansk, Poznan və digər şəhərlərdə baş tutub.

Feministlər və insan hüquqları müdafiəçiləri abortları dəstəkləyən yazılarla, kilsələrin önündə də oturaraq etiraz ediblər.

"Mənim bədənim-mənim seçimim", "Kilsə, siyasətdən rədd ol" şüarları səsləndirən nümayişçilər bəzi kilsələrdə bazar ibadətini dayandırıblar.

Polisin etirazı zorakılıqla dağıtdığı, 15 nəfərin nəzarətə götürüldüyü bildirilib.

Xatırladaq ki, Polşada dölün xəstəliyinə görə abortu qadağan edilib.