Qubadlı peykdən belə görünür FOTO


Digərləri 26 Okt 2020 12:01:00 161 0

Qubadlı peykdən belə görünür  FOTO

"Azərkosmos" Qubadlı şəhərinin işğaldan azad olunduqdan sonra "Azersky" peyki ilə çəkilmiş təsvirini yayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, işğal altında qaldığı illərdə Qubadlı rayonunun qiymətli ağac növlərindən ibarət meşələri, böyük ehtiyata malik yeraltı sərvətləri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən talan olunub.

Qubadlı rayonunun tarix muzeyində saxlanılan nadir eksponatlar ermənilər tərəfindən oğurlanmış və rayonun ərazisindəki IV-V əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, "Qalalı" və "Göyqala" abidələri və XIV əsrə aid "Dəmirçilər Türbəsi", Hacı Bədəl körpüsü və digər tarixi abidələrə ziyan verilib.