İranda daha 296 nəfər koronavirusdan öldü


Dünya 25 Okt 2020 15:35:00 177 0

İranda daha 296 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 296 nəfər koronavirusdan (COVID-19) ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 32 616 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 191 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 568 896 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 969 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 455 054 nəfər koronavirusdan sağalıb.