Ermənistan öz ölkəsində də uşaqların yaşamaq haqqını əlindən alır FOTO VİDEO


Siyasət 25 Okt 2020 15:09:00 178 0

Ermənistan öz ölkəsində də uşaqların yaşamaq haqqını əlindən alır  FOTO  VİDEO

Son yayılan görüntülərdən də göründüyü kimi, Ermənistan nəinki Azərbaycan xalqına qarşı qadın və uşaqların hüquqlarını pozan hərəkətlər törədir, eyni zamanda öz cəmiyyətində də bu hüquqları pozur, onların yaşamaq haqqını əlindən alır.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Ermənistan Respublikasının uşaqları döyüşlərə cəlb etməsi beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir. Beynəlxalq hüquqda uşaqların silahlı münaqişələrə cəlb edilməsi ilə bağlı çox ciddi müddəalar mövcuddur. İlk dəfə 1899-cu ildə 38 maddədən ibarət Haaqa konvensiyası qəbul olunub. Burada ümumiyyətlə 18 yaşadək uşaqların silahlı döyüşlərə cəlb edilməsi birmənalı şəkildə qadağan edilib.

Daha sonra 1907-ci ildə yenə Haaqada oxşar konvensiya qəbul olundu. Bundan əlavə 1949-cu ildə Cenevrədə 4 konvensiya qəbul edilib ki, bunların da 4-cüsü birbaşa qadınların və uşaqların hüquqlarının müdafiəsi ilə bağlıdır. 1979-cu ildə bu müddəalar daha da konkretləşdirildi. Ermınistan tərəfi isə uşaqları döyüşlərə cəlb etməklə, konvensiyaların tələblərini, beynəlxlaq hümanitar normaları pozur".

T. Kərimli Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə raket hücumuna da toxunub. Bildirib ki, bu terror hücumları nəticəsində bir neçə uşaq həlak olub. Bu da öz növbəsində birbaşa beynəlxalq hüquqa ziddir:

"Azərbaycan Respublikası Baş Prokurorluğu artıq 20-dən çox cinayət işi açıb. Burada mülki əhalinin öldürülməsi, amansız rəftar, müharibə və döyüş qaydalarının pozulması kimi müddəalar var. Bu sənədləri hazırlayıb artıq gələcəkdə beynəlxalq məhkəməyə vermək olar. Bundan əlavə münaqişələrdə uşaqların hüquqlarının müdafiəsi ilə bağlı BMT-də xüsusi işçi qrupu yaradılıb. Azərbaycan tərəfi də bu məlumatları toplayaraq BMT-nin həmin o qurumuna təqdim etməlidir".