Davamlı smartfon istifadəsi nələrə səbəb olur?


Digərləri 24 Okt 2020 20:15:00 177 0

Davamlı smartfon istifadəsi nələrə səbəb olur?

Əzələdə, boyunda, kürəkdə, çiyinlərdə ağrılara son zamanlar yeniyetmələrdə də rast gəlinir. Adətən boyun ağrıları ilə daha çox yaşlı pasiyentlər müraciət edirdilərsə, hazırda cavan pasiyentlərin sayı artır.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-fizioterapevt, Mərkəzi Gömrük Hospitalının həkimi Səidə Kərimova bildirib.

Mütəxəssis bunun smartfonların istifadəsi ilə bağlı olduğunu deyib. Onun bu barədə fikirlərini təqdim edirik:

Smartfonlar və qadjetlər müasir həyatımızda öz yerini möhkəm tutub. Biz bu balaca ekransız gündəlik işimizi çətin təsəvvür edə bilərik. Saatlarla smartfon və ya planşetdə iş prosesi hamıya tanışdır. Qadjetlərdə işləməyimizi azaltmaq istəsək də, bu cihazlar həyatımızda möhkəm yer alıb. Onların davamlı istifadəsi nəticəsində yüklənmə stressi və zədələnmə yarana bilər. Bunlara ilk öncə "text neck" sindromu aiddir.

Smartfona baxanda başınızı aşağı tutursunuz və bu boynunuzun neytral və təbii pozisiyasını pozur.  Bir müddət keçəndən sonra boyun əzələləriniz dartılır və boyun strukturlarının zəifləməsinə və sıradan çıxmasına səbəb olur.

Boynunuz qabağa gedəndə çiyinləriniz yuxarı və qabağa gedir, boyun və çiyin əzələlərində spazm müşahidə olunur. Boyun əzələlərimiz düz pozisiyada başımızın çəkisini saxlamaq üçün (5 kq) hesablanıb. Başınızı qabağa aparanda bu yük bir neçə dəfə artır və çənəniz sinəyə yaxınlaşanda 30 kiloya qədər arta bilir.  Əzələ ağrısına əlavə olaraq "text neck" narahatçılıq yarada bilər. Həmçinin, smartfonla işləyəndə düzgün olmayan qamət ağciyərin normal ventilyasiyasına da müəyyən əngəl yarada bilər.