Altsheymer xəstəliyinə qarşı peyvənd hazırlandı


Digərləri 24 Okt 2020 17:15:00 195 0

Altsheymer xəstəliyinə qarşı peyvənd hazırlandı

Cənubi Florida Xalq Sağlamlığı Universitetinin alimləri müalicə olunmayan və ölümcül demensiya xəstəliyi olan Altsheymer xəstələrinə kömək üçün peyvənd yaradıblar.

Son.az oxu.az-a istinadən bildirir ki, artıq kliniki sınaq öncəsi işlər tamamlanıb.

İlkin sınaqda dərmanın təhlükəsiz olduğu və amiloid lövhələrinin sərt çöküntülərinin əmələ gəlməsinə qarşı immun reaksiya verə biləcəyi aşkar edilib. Hesab edilir ki, məhz bu proses sinir hüceyrələrinin ölümünə səbəb olur, bununla da demensiya yaranır.

Qeyd etmək lazımdır ki, indiyə qədər əvvəlki oxşar peyvəndlərin sınaqları müvəffəqqiyyətli olmayıb. Belə ki, dərmanlardan biri test edilərkən xəstələrdə mərkəzi sinir sisteminin iltihabı inkişaf edib.

Yeni peyvənd isə həddindən artıq immun reaksiyanı stimullaşdırmamalıdır.

Tədqiqatlar Altsheymer xəstəliyinin analoqu olan laboratoriya siçanları üzərində aparılıb. Alimlər peyvəndin heyvanlarda yaddaş zəifləməsini ləngitdiyini aşkar ediblər.