Bərdədə payızlıq əkinlərin bəyanı üçün səyyar xidmət təşkil olunub FOTO


Digərləri 23 Okt 2020 19:20:00 138 0

Bərdədə payızlıq əkinlərin bəyanı üçün səyyar xidmət təşkil olunub  FOTO

Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidməti davam etdirir.

Nazirlikdən Son.az-a verilən məlumata görə, növbəti aqrar səyyar xidmət Bərdə rayonunun Güloğlular və Şörəlli kəndlərində təşkil olunub.

Xidmət çərçivəsində fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan ediblər. Səyyar xidmət zamanı növbə sistemi təşkil olunub, fermerlərə maska paylanıb, onların müraciətləri təmin edilib.

Qeyd edək ki, fermerlərin xidmətdən istifadə etmək üçün yalnız şəxsiyyət vəsiqəsini təqdim etmək tələb olunur.

Səyyar xidmət mikroavtobusları növbə sistemi, müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.

Səyyar xidmətlər bölgələr üzrə qrafik əsasında təşkil olunur və xidmətin təşkili barədə Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən əvvəlcədən fermerlərə məlumat verilir. Bundan başqa nazirliyin Elektron Kənd Təsərrüfatının tətbiqi şöbəsi tərəfindən səyyar xidmət prosesində iştirak edən əməkdaşlara və Aqrar İnkişaf Könüllülərinə mütəmadi təlimlər keçirilir. Təlimlər zamanı EKTİS-də məlumatların daxil edilmə ardıcıllığı, monitorinq prosesinin mərhələləri, fermerin sistemə daxil edəcəyi sənədlərin xüsusiyyətləri barədə geniş məlumat verilir.

Səyyar xidmət əsasən rayon mərkəzlərindən uzaqda yerləşən kəndlərdə təşkil olunur.

Bunadək payızlıq əkinlərin bəyanı ilə əlaqədar Xaçmaz, Masallı, Kürdəmir rayonlarında müvafiq xidmətlər təşkil olunub.

Qeyd edək ki, 2020-ci ildən tətbiq olunan yeni subsidiya mexanizminə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyalar onların bəyanlarına uyğun olaraq verilir. Fermerlər EKTİS-də yaratdıqları şəxsi kabinetlərinə daxil olaraq ərazilərini seçməli, növbəti 4 il ərzində əkəcəyi bitkilər barədə məlumatı və bu payız əkəcəyi bitkini bəyan etməlidir. Payızlıq əkin bəyanına əsasən, sistemdə elektron ərizə formalaşır. Elektron ərizədə fermerin aqrar fəaliyyətinə dair məlumatlar, torpaq sahəsi və payızlıq əkin məlumatları, ödəniləcək subsidiyanın miqdarı yer alır. Fermer ərizəni təsdiq edənədək məlumatlarda dəyişiklik edə bilər. Elektron ərizə təsdiqləndikdən sonra məlumatların monitorinqi həyata keçirilir. Monitorinqlər başa çatdıqdan sonra subsidiya məbləği müraciət edən şəxsin "Fermer kartı"na köçürülür.

Xatırladaq ki, aşağıdakı hallarda fermerlər payızlıq əkinlərə görə subsidiya ala bilməyəcəklər:

- fermer EKTİS-də qeydiyyatdan keçmədikdə;