KTMT Ermənistana kömək etməyəcək


Siyasət 23 Okt 2020 14:50:00 130 0

KTMT Ermənistana kömək etməyəcək

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdafiə potensialının işə salınması barədə danışmaq düzgün deyil.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.

O bildirib ki, münaqişə Ermənistan ərazisinə keçməyib:

"Ermənistandan rəsmi müraciət daxil olmayıb. KTMT öz üzv dövlətlərinə müəyyən vəziyyətlərdə, açıq-aşkar aqressiya olarsa, kömək edir. Münaqişənin Ermənistanda deyil, Qarabağda getdiyi vaxtda KTMT-nin köməyindən danışmaq düzgün deyil".