"Birdəfəlik qapanmalar, ciddisərt karantin rejimi yenidən ..."


Digərləri 22 Okt 2020 13:19:00 123 0

"Birdəfəlik qapanmalar, ciddisərt karantin rejimi yenidən ..."

Azərbaycanda yoluxma sayının rekord həddə çatması vəziyyətin ciddiliyindən xəbər verir.

Bunu Son.az-a açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

İnfeksionist bildirib ki, bu artım tempi davam etsə, çıxış yolu yenidən qapanmalara getməkdir:

"Bəzi ölkələr yenidən qapanmalara getdi, yenidən məhdudiyyətlər tətbiq olunmağa başladı. Çünki rəqəmlər kifayət qədər kontroldan çıxmışdı, COVİD-lə bağlı xaotik vəziyyət yarandı həmin ölkələrdə.

Təbii ki, bu gedişlə, bu artım sürəti ilə davam etsə, bizim də ölkəmizdə bu xoşagəlməz hallar baş qaldırsa və qarşısıalınmaz bir həddə çatsa, təbii ki, çıxış yolumuz yenidən qapanmalara getməkdir. Amma biz yeni təcrübə qazanmışıq. Virusu tanıdığımız ilk dövrlərdən fərqli olaraq lokal məhdudiyyətlər, lokal qapanmalar dediyimiz karantin rejimi də müəyyən qədər öz effektliyini sübuta yetirmişdi.

Yoluxma nəzarətolunmaz həddə çatsa, birdəfəlik qapanmalar qaçılmazdır