Bakıda mağazadan 4 min manatlıq oğurluq edildi


Kriminal 21 Okt 2020 17:19:00 163 0

Bakıda mağazadan 4 min manatlıq oğurluq edildi

Bakıda mağazadan 4 min manat dəyərində oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da rayon ərazisindəki mağazaların birindən 4040 manat dəyərində masaüstü dəstlər və suvenir oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Osmanov saxlanılıb.