Əfqanıstanda Pakistan konsulluğu qarşısında basabasda 12 nəfər öldü FOTO


Dünya 21 Okt 2020 14:08:00 126 0

Əfqanıstanda Pakistan konsulluğu qarşısında basabasda 12 nəfər öldü  FOTO

Əfqanıstanın şərqində Nanqarhar əyalətinin inzibati mərkəzi Cəlalabadda Pakistan konsulluğunun qarşısındakı viza üçün yaranan basabas nəticəsində ən az 12 nəfər ölüb, bir o qədər də insan yaralanıb.

Son.az oxu.az-a istinadən bildirir ki, ölənlərin və yaralananların əksəriyyəti qadınlardır.

Basabasın səbəbləri dəqiqləşdirilməyib.