Ermənistanda məhkumlardan intiharçı dəstələr yaradılır FOTO


Siyasət 21 Okt 2020 13:30:00 178 0

Ermənistanda məhkumlardan intiharçı dəstələr yaradılır  FOTO

Ermənistanda xüsusilə təhlükəli cinayətlər törətdiklərinə görə uzun müddət cəzaya məhkum olan məhkumlardan intihar dəstələri yaradılır.

Son.az bildirir ki, Day.Az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi yanındakı İctimai Şuranın üzvü, "Milli müdafiə" jurnalının baş redaktoru, Dünya Silah Ticarəti Analizi Mərkəzinin direktoru İqor Korotçenko özünün "Telegram" kanalında məlumat verib.

"Bir sıra erməni "Telegram" kanallarında, Ermənistanda xüsusi təhlükəli cinayətlər törətdiklərinə görə uzun müddətə azadlıqdan məhrum edilən məhkumlardan intihar dəstələrinin yaradılması barədə məlumatlar yayılıb", - hərbi ekspert yazıb.

Korotçenkonun sözlərinə görə, onların cəbhədə ən şiddətli döyüşlərin getdiyi bölgələrə göndərilməsi planlaşdırılır.

"Əvvəlcə qadın taborları, indi cəza taborları. Sonra da erməni qoşunlarının arxa hissəsinə onların geri qaçmamaları üçün baraj dəstələri?..", - ekspert sözlərini yekunlaşdırıb.