Şəmkir sakini küçədə bıçaqlandı


Kriminal 21 Okt 2020 11:18:00 205 0

Şəmkir sakini küçədə bıçaqlandı

Oktyabrın 20-də, saat 19 radələrində Şəmkir rayon sakini 1988-ci il təvəllüdlü Rəsulov Orxan Yusif oğluna bıçaq xəsarətlərinin yetirilməsi barədə Şəmkir Rayon Prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan Son.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu 1991-ci il təvəllüdlü Əhmədov Fəxri Akif oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Orxan Rəsulovu qəsdən öldürməyə cəhd edərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.