Bu il ali məktəbə qəbul olmuşdu,


Digərləri 21 Okt 2020 10:01:00 151 0

Bu il ali məktəbə qəbul olmuşdu,

Gəncədə baş vermiş erməni terroru bir çoxlarının, o cümlədən həyat yolunu yenicə seçən gənclərin həyatına son qoydu.

Son.az xəzərxəbər-ə istinadən xəbər verir ki, 18 yaşlı Ləman Qəhrəmanova aylarla, bəlkə də illərlə hazırlaşaraq universitetə qəbul olmuşdu və tələbə həyatına başlayacaqdı, ancaq erməni vəhşiliyinin qurbanı oldu.

Valideynləri deyirlər ki, Ləman çox sevincliydi. Əziyyətinin bəhrəsini görmüşdü, lakin olmadı.

Həmin gecə ermənilərin terroru nəticəsində Ləmanla yanaşı, bibisi - 34 yaşlı Xatirə Qəhrəmanova və onun övladları - 11 yaşlı Orxan Xəlilli və 6 yaşlı Məryəm Xəlilli də dağıntılar altında qalaraq dünyasını dəyişiblər.