“Xiaomi” avtomatlaşdırılmış zavod tikir


Digərləri 20 Okt 2020 21:40:00 196 0

“Xiaomi” avtomatlaşdırılmış zavod tikir

"Xiaomi" şirkəti smartfon istehsalını genişləndirmək məqsədilə tam avtomatlaşdırılmış yeni nəsil zavodun tikintisinə başlayıb. Qabaqcıl texnologiyalarla təchiz edilən müəssisədə ildə 10 milyondan çox qurğunun buraxılacağı gözlənilir.

Son.az ictnews.az-a istinadən bildirir ki, şirkətin təsisçisi və baş direktoru Ley Tszyunun sözlərinə görə, yeni zavodun inşası ilə bağlı məqsəd qarşıya Pekinin İçjuan rayonunda "ağıllı" fabrikin fəaliyyətinin ilk altı ayının yekunları üzrə qoyulub. 18 600 kvadratmetrlik sahəni əhatə edən fabrik illik 1 milyon premium sinifli istehsal gücünə malik tam avtomatlaşdırılmış istehsal xətti ilə təchiz olunub. Şirkət rəhbəri yeni zavodun harada inşa olunacağı barədə məlumat verməsə də, qeyd edib ki, sənaye robotlarının populyarlaşacağına və istehsal xərclərinin mövcud səviyyədəkindən ondabir dəfə azalacağına ümidlər bəslənilir. Bu məqsədə nail olmaq üçün şirkət əsas qabaqcıl texnologiyaların tədqiqinə və hazırlanmasına böyük məbləğdə vəsaitlər sərf edir. L.Tszyun xüsusi fond yaradıb və artıq intellektual avadanlıq və yarımkeçiricilərlə məşğul olan 70-dən çox şirkətə investisiya yatırıb.

"Biz ilin əvvəlindən tədqiqat və işləmələrə 10 milyard yuan (1,48 milyard dollar) xərcləmişik. Sonrakı illərdə biz investisiyaları müəyyən faiz artıracağıq", - "Xiaomi" rəhbəri vurğulayıb.

O əlavə edib ki, "Xiaomi" xarici bazarlarda öz iştirakını genişləndirmək və möhkəmləndirməkdə davam edərək növbəti 3-5 il ərzində Avropa bazarında, perspektivdə isə digər inkişaf etmiş ölkələrdə lider mövqelər tutmağa çalışacaq.