“IMAX Enhanced” sertifikasiyalı “Hisense” televizorları nümayiş olunub


Digərləri 20 Okt 2020 20:25:00 193 0

“IMAX Enhanced” sertifikasiyalı “Hisense” televizorları nümayiş olunub

Çinin "Hisense" şirkəti yüksəkkeyfiyyətli üzvi işıq diodlu (OLED) matrisalara əsaslanan "Galaxy" seriyalı premium sinifli 55 və 65 düym diaqonallı "ağıllı" televizorlar təqdim edib.

Son.az ictnews.az-a istinadən bildirir ki, yeni qurğular yüksəkkeyfiyyətli görüntü və səsi təmin edən "IMAX Enhanced" sertifikasiyasına malikdir. Həmçinin geniş rəng əhatəsi mövcuddur, kontrastlıq isə 1 350 000:1 nisbətindədir.

"4К" (3840 × 2160 piksel) formatlı televizorların horizontal baxış bucağı 178 dərəcə, yeniləmə tezliyi 60 giqahers təşkil edir.

Yeni TV modellərində dörd "ARM Cortex-A73" hesablama nüvəsinə malik adı açıqlanmayan prosessordan istifadə edilib. Operativ yaddaş tutumu 3 giqabayt, quraşdırılmış yaddaş 32 giqabayt təşkil edir.

Bundan başqa, dinamik səhnələrin göstərilməsi zamanı bulanıqlığı aradan qaldırmağa və görüntünün rəvanlığını artırmağa imkan verən "MEMC" (Motion Estimation, Motion Compensation) texnologiyası sadalanır.

Həmçinin "Dolby Vision", "DTS Listen", "DTS Virtual X" və "Dolby Audio" texnologiyaları dəstəklənir. 55 düym diaqonallı versiyanın çərçivəsinin qalınlığı 3,8 mm, 65 düymlük modelin isə 4,9 mm təşkil edir.

Televizorların qiyməti müvafiq olaraq 1040 və 1485 dollara bərabər olacaq.