Göygöldə iki avtomobil toqquşub,


Digərləri 20 Okt 2020 19:24:00 203 0

Göygöldə iki avtomobil toqquşub,

Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib.

Son.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-2107" markalı avtomobil "Mercedes" markalı minik maşını ilə toqquşub. Nəticədə "VAZ-2107"in sürücüsü, 1944-cü il təvəllüdlü Quliyev Məzlun Aqil oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Daha 2 nəfər isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son.az