Ankarada güclü yağıntı böyük problemlər yaratdı FOTO


Dünya 20 Okt 2020 18:19:00 154 0

Ankarada güclü yağıntı böyük problemlər yaratdı  FOTO

Ankarada tədricən pisləşməyə doğru gedən hava şəraiti bir anda daha gərginləşərək sel və daşqına səbəb olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, güclü külək və yağış Türkiyə paytaxtında böyük problemlər yaradıb. Normadan dəfələrlə artıq düşən yağıntı bir neçə dəqiqə ərazində şəhərin əsas meydan və yollarında güclü selə səbəb olub. Yeraltı keçidləri və tunelləri su basıb. Bu yerlədə qalan avtomobillər xilasedicilərin köməyi ilə kənara çəkilib.

İki çoxmərtəbəli binanın dam örtüyü qoparaq ətrafa dağılıb, bir neçə avtomobilə zərər dəyib.