Ciddi karantin qaydaları tətbiq etmədən də koronavirusa qalib gəlmək olar


Digərləri 20 Okt 2020 18:09:00 151 0

Ciddi karantin qaydaları tətbiq etmədən də koronavirusa qalib gəlmək olar

Mən hesab edirəm ki, ciddi karantin qaydaları tətbiq etmədən də koronavirusla mübarizədə qalib gəlmək olar. Bunun üçün sadəcə olaraq, insanlar sadə gigiyena qaydalarına riayət etməli, sosial məsafə gözlənilməli, asqırarkən və öskürərkən respirator gigiyena qaydalarına əməl etməlidirlər.

Son.az bildirir ki, bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Ümumdünya Səhiyyə Təşkilatının virusdan qorunmaqla bağlı tövsiyə və təlimatlarının dəyişməz olduğunu xatırladan Y.Abdiyeva kər kəsin bu təlimatlara əməl etməsi nəticəsində virusa qalib gəlməyin mümkün olduğunu söyləyib.

Hazırda koronavirusla bağlı vəziyyətin nəzarət altında olduğunu vurğulayan mütəxəssis son günlər ərzində Azərbaycanda koronavirusa yoluxanların sayında artımın müşahidə edilməsinə təəssüfləndiyini söyləyib.

Onun sözlərinə görə, yoluxma və sağalma halları arasında əldə olunmuş müsbət dinamika dəyişib, sanitar-epidemoloji durum pisləşir. Koronavirusla mübarizədə son vaxtlar əldə olunan uğurlar cəmiyyətdə vaxtından əvvəl arxayınlıq yaradıb, sosial məsafənin gözlənilməməsi, maskadan və dezinfeksiya vasitələrindən istifadə edilməməsi halları kütləviləşib. Ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda ciddi pozuntu halları artıq insnaları narahat etmir. Digər tərəfdən, Ermənistanın növbəti təxribatı nəticəsində başlanmış müharibə bütün cəmiyyətimiz üçün ciddi təhlikə olan koronavirus pandemiyasını unutdurub və arxa plana keçirib: