Rusiyada koronavirusa gündəlik yoluxma sayı 16 mini ötüb


Dünya 20 Okt 2020 17:39:00 150 0

Rusiyada koronavirusa gündəlik yoluxma sayı 16 mini ötüb

Rusiyada koronavirusa yoluxanların sayı 1,43 milyon nəfəri keçib.

Son.az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 16 319 nəfər virusa yoluxub, 269 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 431 635 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 24 635 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 085 608 nəfər virusdan sağalıb, 321 392 nəfərin müalicəsi isə davam edir.