"Əməliyyatları davam etdirməkdə heç bir problem yoxdur, ola da bilməz"


Siyasət 20 Okt 2020 17:10:00 116 0

"Əməliyyatları davam etdirməkdə heç bir problem yoxdur, ola da bilməz"

"Bu əks-hücum əməliyyatını planlaşdıranlar da, təşkil edənlər də, aparanlar da bütün şərtləri nəzərə alıblar".

Bunu Son.az-a açıqlamasında ehtiyyatda olan polkovnik Məhərrəm Cahangirov deyib.

Polkovnik bildirib ki, artıq düşmənin bel sütunu sınıb:

"Qış mövsümündə də əməliyyatların davam etdirilməsi üçün zəruri olan tədbirlərin hamısı görülüb, payız üçün də. Ona görə də əməliyyatları davam etdirməkdə heç bir problem olmamalıdır, ola da bilməz. Gündə 3-4 kənd almaq, gündə bir rayon, iki rayon almaq Azərbaycan ordusunun gücündən xəbər verir.

Artıq düşmənin bel sütunu sınıb. Yaxın günlərdə yenidən şad xəbərlər bizi gözləyir. Düşmənin 28 ilə hazırladığı müdafiə mövqelərini, istehkam qurğularını əgər Azərbaycan ordusu bir neçə gün ərzində dağıdıbsa, demək qələbə uzaqda deyil. Düşünürəm ki, daha ətraflı məlumat vermək indiki halda düzgün deyil".

Təhməz Əsədov Son.az