Ermənistan növbəti itkilərini açıqlayıb


Digərləri 20 Okt 2020 16:23:00 151 0

Ermənistan növbəti itkilərini açıqlayıb

Ermənistan hökuməti oktyabrın 19-da Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının yeni siyahısını açıqlayıb.

Son.az Trend-ə istinadən məlumatına görə, bugünkü siyahıda 43 nəfərin adı yer alıb.

Siyahıda ehtiyatdan çağırılan hərbçilər də var.

Bu günədək Ermənistan tərəfinin açıqladığı itkilərin sayı 772 nəfərə çatıb.

Qeyd edək ki, düşmən tərəf kifayət qədər çox olan itkilərinin sayını məqsədyönlü şəkildə gizlədir.