Rusiyada yaşayan Azərbaycan əsilli bloger Gəncə üçün pul topladı


Dünya 20 Okt 2020 16:12:00 148 0

Rusiyada yaşayan Azərbaycan əsilli bloger Gəncə üçün pul topladı

Rusiyada yaşayan Azərbaycan əsilli bloger erməni təcavüzündən əziyyət çəkən həmvətənlərinə kömək etmək üçün təqdiredici addım atıb.

Son.az baku.ws-ə istinadən xəbər verir ki, bloger Fəridə Əliyeva 17 oktyabr gecəsi Ermənistan ərazisindən raket atəşinə məruz qalan Gəncə sakinlərinə kömək məqsədilə həmvətənlərinə və abunəçilərinə müraciət edib. Müraciətdən sonra Fəridə Gəncə sakinləri üçün üç milyon rubldan (65 min manat) çox pul yığıb:

"Bütün dostlara, eləcə də tanımadığım insanlara minnətdaram. Bir neçə gün ərzində mənə Azərbaycana göndəriləcək çox böyük bir məbləğ toplamaqda kömək etdilər.

Bu pulları mənə müxtəlif ölkələrdə yaşayan, Azərbaycan xalqının taleyinə biganə olmayan insanlar göndərdilər. Hər birinizə təşəkkür edirəm".

Qeyd edək ki, 17 oktyabr 2020-ci il gecə Ermənistan silahlı qüvvələri Ermənistan ərazisindən atılan ballistik raketlərlə Azərbaycanın Gəncə şəhərinə hücum edib.

Bu, ermənilərin cəbhə xəttindən uzaqda yerləşən Azərbaycanın ikinci böyük şəhərinə üçüncü hücumdur. Erməni tərəfinin yeni terroru mülki əhali arasında ciddi itkilərə səbəb oldu. Son məlumatlara görə, beşi uşaq və dördü qadın olmaqla 15 mülki şəxs öldürüldü. Digər 53 nəfər yaralanıb, onlardan beşi azyaşlı və iyirmisi qadındır. Şəhərin çoxsaylı mülki infrastruktur və nəqliyyat obyektlərinə ciddi ziyan dəyib".