"Bu gün hər bir Azərbaycan vətəndaşı özünü əsgər kimi hiss edir"


Siyasət 20 Okt 2020 13:38:00 149 0

"Bu gün hər bir Azərbaycan vətəndaşı özünü əsgər kimi hiss edir"

Bu gün Azərbaycan qurtuluş savaşı aparır, torpaqlarımızı işğaldan azad edirik, tarixi yaddaşımızı işğaldan qurtarırıq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında deyib.

H.Babaoğlu qeyd edib ki, bu gün Azərbaycan döyüş meydanında, diplomatiya sahəsində, informasiya cəbhəsində mübarizə aparır:

"Bu gün Azərbaycan parlamentinin üzvləri də diplomatik savaşın əsgərləridir.

Sentyabr ayının 27-dən bu günə qədər Prezident İlham Əliyev ən müxtəlif televiziya kanallarına verdiyi müsahibələrdə Azərbaycanın diplomatik sahədə qələbəsini təmin edir, Ordumuzun döyüş meydanında əldə etdiyi qələbələri diplomatik cəbhədə möhkəmləndirir".

O bildirib ki, TBMM sədrinin bugünkü çıxışı Azərbaycan parlament tarixinin şanlı səhifəsidir: "Bu gün hər bir Azərbaycan vətəndaşı özünü əsgər kimi hiss edir. Bu gün erməni cinayətlərinin beynəlxalq hüququn, təsisatların diqqətinə çatdırılması üçün bizim parlamentdə çox böyük potensial var".