Orqanizmdə maqnium çatışmazlığının əlamətləri və aradan qaldırılma yolları


Digərləri 20 Okt 2020 07:11:00 88 0

Orqanizmdə maqnium çatışmazlığının əlamətləri və aradan qaldırılma yolları

Maqnium orqanizmin sağlamlığı üçün vacib sayılan elementlərdən biridir. Maqnium orqanizmdə bir çox funksiyaların həyata keçirilməsində mühüm rol oynayır. Bu mineral 300 müxtəlif funksiyanın yerinə yetirilməsində iştirak edir. Bu funksiyalara sümük sistemi, sinir sistemi, qanın tərkibində gedən proseslər aiddir. Hesablamalar Yer kürəsi əhalisinin əksəriyyətinin gündəlik lazım olan qədər maqnium qəbul etmədiyini qeyd edir. Bu səbəbdən də günü-gündən maqnium çatışmazlığından əziyyət çəkən adamların sayı artır. Bu isə orqanizmdə müxtəlif patologiyaların meydana gəlməsinə səbəb olur. Maqnium çatışmazlığı özünü aşağıdakı 8 əlamətlə biruzə verir: 1. Baş ağrıları   Daimi meydana çıxan baş ağrıları maqnium çatışmazlığından ola bilər. Bu zaman işığa və səsə qarşı həssaslıq da yarana bilər. 2. Əzələlərdə qıcolma Maqnium çatışmazlığı əzələlərdə qəfil spazmların meydana çıxmasına səbəb olur. 3. Sümüklərin zəifləməsi Maqnium çatışmazlığı sümük sisteminin zəifləməsinə səbəb olur. Bunun baş verməsi isə sümüklərdə mineralların çatışmazlığından olur. Belə olduqda sümüklər sınmaya meyilli olur. 4. Qanda şəkərin miqdarının balanslaşa bilməməsi 2000 şəkərli diabet xəstəsi üzərində aparılan araşdırma onların qanında maqnium çatışmazlığının olduğunu göstərmişdir. Maqnium çatışmazlığının qandakı şəkərə nəzarətin itməsinə səbəb olduğu sübut edilmişdir. 5. Yüksək təzyiq   8500 könüllü xəstə üzərində aparılan araşdırmalar qanında maqnium çox olan adamların təzyiqinin aşağı olduğunu aşkar etmişdir. Maqniumun çatışmazlığı isə təzyiqin artmasına səbəb olur. 6. Yuxusuzluq Maqnium qanda serotonin hormonunun artmasına səbəb olur. Serotonin insanın ruh halını, yuxusunu, iştahını, biliyini, yaddaşını, cinsi və sosial həyatını tənzimləyir 7. Depressiya və qorxu Maqnium çatışmazlığı serotoninin azlığına səbəb olduğu üçün dolayısıyla depressiyaya və insanlarda qorxu hissinin əmələ gəlməsinə səbəb olur. 8. Əzələ ağrıları Əzələlərdə xroniki və qəfil əmələ gələn ağrılar maqnium çatışmazlığından baş verir. Bu özünü fibromialgiya və sklet-əzələ ağrıları ilə biruzə verir. Maqnium çatışmazlığı zamanı nə etmək lazımdır? Bu zaman tərkibində maqnium olan qidalarla qidalanmaq lazımdır. Hər bir qadın gün ərzində 320 mq, hər bir kişi isə 420 mq maqnium qəbul eləməlidir. Çoxlu miqdarda kofe və şəkər qəbulu maqniumun orqanizmdən yaxşı sorulmamasına səbəb olur. Maqniumla zəngin qidalar qəbul edərkən D vitamini qəbul etməyi də unutmaq lazım deyil. Aşağıdakı qidaların tərkibi maqniumla zəngindir: - lobya - badam - banan - avokado - yulaf həlimi   - kakao - göyərtilər - qoz - buğda - mərci.

Üz üçün “Minus 10 maskası” like
  • 20 Okt 07:05  
Digərləri Üz üçün “Minus 10 maskası”

Sizə təqdim edəcəyim maska dərinin regenerasiyasını sürətləndirir, öl

arrow Ətraflı
Tramp Sudanı terrorizmin sponsorları siyahısından çıxaracağını açıqlayıb like
  • 20 Okt 07:03  
Dünya Tramp Sudanı terrorizmin sponsorları siyahısından çıxaracağını açıqlayıb

ABŞ prezidenti Donald Tramp ekstremizmin qurbanlarına və ailələrinə 335 mi

arrow Ətraflı
Dabanlardakı çatlar və onlara qulluq vasitələri like
  • 20 Okt 07:01  
Digərləri Dabanlardakı çatlar və onlara qulluq vasitələri

Dabanlardakı çatlar və onlara qulluq vasitələri. Siz də ayaqlarınızın v

arrow Ətraflı
Günün qoroskopu: işlər planlaşdırdığınızdan bir qədər artıqdır like
  • 20 Okt 00:01  
Digərləri Günün qoroskopu: işlər planlaşdırdığınızdan bir qədər artıqdır

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Teztez yuxu görmək nədən xəbər verir? like
  • 19 Okt 23:55  
Digərləri Teztez yuxu görmək nədən xəbər verir?

İnsan çox yuxu görərsə bu yuxu pozuntusu ola bilər. Mütəxəssislər depr

arrow Ətraflı
Düşmənin hərbi texnikaları məhv edilib like
  • 19 Okt 23:39  
Siyasət Düşmənin hərbi texnikaları məhv edilib

Azərbaycan Ordusu düşmənin hərbi vasitələrinin məhv edilməsini davam et

arrow Ətraflı
İnsanı sağlam saxlayan 10 FAYDALI MƏHSUL like
  • 19 Okt 23:34  
Digərləri İnsanı sağlam saxlayan 10 FAYDALI MƏHSUL

Avropa Diyetoloqlar və Qastroenteroloqlar Assosiasiyasının ekspertləri insan

arrow Ətraflı
"OPEC plus" ölkələri sazişi tam şəkildə icra etmək barədə razılığa gəliblər like
  • 19 Okt 23:20  
Digərləri "OPEC plus" ölkələri sazişi tam şəkildə icra etmək barədə razılığa gəliblər

"OPEC plus" ölkələri sazişin tam şəkildə icrasını davam etdir

arrow Ətraflı