Bu içkilər ürəkdamar xəstəlikləri riskini azaldır


Digərləri 19 Okt 2020 23:05:00 172 0

Bu içkilər ürəkdamar xəstəlikləri riskini azaldır

Britaniyalı alımlər müəyyən ediblər ki, çay və qəhvə ürək-damar xəstəliklərinin yaranması riskini azaldır.

Son.az xəbər verir ki, bu içkilərin tərkibindəki kofein qan damarlarının iltihabına səbəb olan kimyəvi maddələri zərərsizləşdirir.

Məlumatına görə, çay və qəhvə içməyənlər ilə müqayisədə mütəmadi kofeinli içkilər içən insanların qanında iltihabi proseslərə az təsadüf edilib.

Tədqiqatçılar bildirirlər ki, laboratoriya sınaqları zamanı alkaloid iltihab əmələ gətirən kimyəvi maddələrə qarşı fəal mübarizə aparmaqla, ürək-damar xəstəlikləri riskini azaldıb. (publika.az)