AzTVnin əməkdaşı cəbhə bölgəsində yaralandı


Digərləri 19 Okt 2020 16:53:00 186 0

AzTVnin əməkdaşı cəbhə bölgəsində yaralandı

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı xəsarət alıb.

Son.az bildirir ki, Trend-in cəbhə bölgəsində olan müxbirinin verdiyi məlumata görə, jurnalist Anar Şuşalı çəkiliş zamanı ermənilərin atəşinə tuş gəlib. Hadisə nəticəsində Anar Şuşalı ayağından iki qəlpə yarası alıb. Jurnalist xəstəxanaya yerləşdirilib.