Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin təxribatlarına layiqli cavab verilir


Siyasət 19 Okt 2020 16:54:00 144 0

Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin təxribatlarına layiqli cavab verilir

Humanitar atəşkəs elan olunandan 2 dəqiqə sonra Ermənistan silahlı qüvvələri tərəfindən təxribatlar törədildi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən isə onların layiqli cavabları verildi. Bunun nəticəsində də bizim bir sıra kəndlərimiz işğaldan azad edildi. Bu barədə Ali Baş Komandan da özünün "Twitter" hesabından xalqımıza xoş xəbəri çatdırıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə, hazırda ön cəbhədə vəziyyət gərgin olmaqda davam edir: "Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin təxribatlarına layiqli cavab verilir".