İşğal edilmiş Azərbaycan ərazilərində


Siyasət 19 Okt 2020 16:43:00 173 0

İşğal edilmiş Azərbaycan ərazilərində

Erməni təcavüzkarları tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində 21 növ Azərbaycan endemi, 82 növ Qafqaz endemi, həmçinin yüzlərlə nadir və nəsli kəsilməkdə olan bitki növləri erməni terrorizmi nəticəsində məhv edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Tofiq Məmmədov deyib. O, həmin bitki növlərinin məhv edilməsinin beynəlxalq konvensiyalara zidd olduğunu xatırladıb.

T.Məmmədov qeyd edib ki, geniş flora və fauna müxtəlifliyinə malik olan Qarbağımızın işğal edilmiş ərazilərini düşmən tapdağından azad etdikdən sonra ətraf mühitin və genefondun mühafizəsini, davamlı inkişafını təmin etmək, bioloji müxtəlifliyin artırılması, təbiət abidələrinin dendroxronoloji tədqiqatlarla öyrənilməsi, şəhər və qəsəbələrin yaşıllıqlarının landşaft memarlığı prinsipləri əsasında planlaşdırılması istiqamətində aparılacaq işlərdə Dendrologiya İnstitutunun alim və tədqiqatçıları öz töhfəsini verməyə hazırdır.