İranlı deputat: Ermənistanın Gəncəyə raket hücumu qorxaqlıq əlamətidir


Siyasət 19 Okt 2020 15:01:00 173 0

İranlı deputat: Ermənistanın Gəncəyə raket hücumu qorxaqlıq əlamətidir

Azərbaycanın Gəncə şəhərinə Ermənistanın raket hücumu qorxaqlıq əlamətidir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İran parlamentinin deputatı Əhməd Məhərrəmzadə öz "Instagram" səhifəsində yazıb.

Ə.Məhərrəmzadənin sözlərinə görə, müharibələrdə mülki vətəndaşlara hücum etmək rəhmsizlik və qorxaqlıq əlaməti hesab olunur və beynəlxalq protokollarla ziddir.

O, əlavə edib ki, heç vaxt mülki vətəndaşlara hücum etməklə və müdafiəsiz uşaqları qətlə yetirməklə bir xalqın təbii haqqı olan torpaqları zor gücünə işğalda saxlamaq mümkün deyil:

"Ermənilərin Gəncə və Azərbaycanın digər ərazilərinə amansız hücumu günahsız uşaq, qadın və kişilərin həlak olması ilə və yaşayış massivlərinin dağılması ilə nəticələnib. Bu hücumları pisləyir və bu vəhşiliklər qarşısında susan beynəlxalq dairələri məntiqli və ədalətli şəkildə reaksiya verməyə çağırıram. Biz həmişə Azərbaycan xalqının hüquqlarını müdafiə edəcəyik".