"Ordumuza kömək üçün bunu etməliyik, yoxsa döyüşlərdə irəliləyişimiz azalar"


Digərləri 19 Okt 2020 14:03:00 164 0

"Ordumuza kömək üçün bunu etməliyik, yoxsa döyüşlərdə irəliləyişimiz azalar"

Biz bunun proqnozunu vermişdik. Yumşalmalar olanda bir çox insanlar deyirdilər ki, artıq bizdə koronavirus qurtardı, qorxusu yoxdur, filan....

Bunu Son.az-a açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, radioloq-həkim Aydın Əliyev deyib.

O bildirib ki, COVİD-ə yoluxmada artım müşahidə edilsə, daha ciddi tədbirlərə əl atılacaq:

"O vaxtı açıqlamalarımda deyirdim ki, COVİD bitməyib, sadəcə karantin rejiminə, görülən tədbirlərə görə azalmışdı. Yumşalmadan sonra getdikcə artma ehtimalı var idi, elə də oldu. Əsas artım oldu metroların və təhsil müəssisələrinin ənənəvi təhsillə davam etdirilməsinə başlanandan sonra. İndi görüləcək tədbirlər asılı olacaq gündəlik və həftəlik statistikanın göstəricilərindən. Əgər universitetlərin, orta məktəblərin, bağçaların və metronun bağlanması yoluxma sayını bir həftə ərzində azaltmasa, azalma müşahidə olunmasa, yəni dünənkindən daha artıq rəqəmlər müşahidə etsək, ondan sonra daha ciddi tədbirlərə əl atılacaq.

Ciddi tədbirlər görməyə ehtiyac var

Doğrusu, hələ düşünmürəm ki, "SMS İcazə"yə keçilməyə ehtiyac olar. Amma başqa tədbirlər görülə bilər. Baxıram ki, insanlar qapalı yerlərdə daha maskadan istifadə və sosial məsafə qaydalarına artıq riayət etmirlər. İnsanlar bu qaydalara əməl etmirlər, bu istiqamətdə ciddi tədbirlər görməyə ehtiyac var. Qapalı məkanlarda mütləq şəkildə nəzarət güclü olmalıdır.

Ordumuza kömək üçün bunu etməliyik