Şimali Kiprdə sabiq baş nazir


Dünya 18 Okt 2020 23:43:00 193 0

Şimali Kiprdə sabiq baş nazir

Şimali Kipr Türk Respublikasında prezident seçkilərinin ikinci turu başa çatıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, ilkin nəticələrə görə, ikinci turda hazırkı prezident Mustafa Akıncı ilə üz-üzə gələn sabiq baş nazir Ersin Tatar seçicilərin 51,74 %-nin səsini toplayaraq seçkilərin qalibi olub.

Qeyd edək ki, Ersin Tatar mərhum birinci prezident Rauf Denktaşın təsisçisi olduğu Milli Birlik Partiyasının sədridir. Millətçi mövqedən çıxış edən E.Tatar rəqibi M.Akıncıdan fərqli olaraq Türkiyə ilə münasibətlərin daha da dərinləşməsinin tərəfdarıdır.