"Dərs vaxtı"nın 19 oktyabr cədvəli AÇIQLANDI


Digərləri 18 Okt 2020 23:44:00 241 0

"Dərs vaxtı"nın 19 oktyabr cədvəli AÇIQLANDI

"Mədəniyyət", "ARB Günəş" telekanalları və "Təhsil" televiziyasının "Facebook" səhifəsində yayımlanan "Dərs vaxtı" proqramının oktyabrın 19-u üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə Son.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları "Dərs vaxtı"nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.

Qeyd edək ki, "Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi "YouTube" kanalı ilə yanaşı, "Facebook" səhifəsindən, videodərslər portalından ("https://video.edu.az/"), eyni zamanda, "Təhsil" televiziyasının "Facebook" səhifəsindən izləyə bilərlər.