Bəzən meyvələrin üzərində müqəddəs sözlərə oxşar naxışlar olur...


Digərləri 18 Okt 2020 21:55:00 176 0

Bəzən meyvələrin üzərində müqəddəs sözlərə oxşar naxışlar olur...

Allahın möcüzələrinin sayı sonsuzdur. Bütün kainat Onun qüdrətinin nişanələri ilə doludur. Lakin bəzi meyvələrin qabığında, hətta heyvanların dərisində dini yazıya oxşar naxışların olmasını möcüzə kimi qəbul etməyə əsas yoxdur. Çünki Allahın varlığı, elmi və qüdrəti bundan daha tutarlı sübutlarla aşkara çıxır. Bu cür naxışlar isə böyük ehtimalla təsadüfdür. Hər bir halda, bu cür məsələləri şişirtmək, yaymaq, onları möcüzə kimi təqdim etmək doğru deyil. Allaha iman gətirmək üçün bunlara ehtiyac yoxdur. Allaha imanı daha tutarlı, davamlı və ciddi dəlillər əsasında əldə etmək mümkündür. Üzərində bu cür naxışlar olan meyvələri yemək olar, bunun heç bir günahı yoxdur.