Dost insanı cənnətə də aparar, cəhənnəmə də


Digərləri 18 Okt 2020 20:40:00 66 0

Dost insanı cənnətə də aparar, cəhənnəmə də

Hər bir möminin bu dünyadakı əsil hədəfi - kamala çatmaqdır. Kamala çatmaq üçün isə insan elə əməllər yerinə yetirməlidir ki, Allahı razı salsın və narazı olan əməllərindən uzaq olmalıdır.

Bu cür əməllər çoxdur. Onlardan bəzisi ilə tanış olaq.

Allahı razı salmaq üçün nədən uzaq olmalıyıq?

1. Günahdan və nəfsani istəklərdən uzaq olmaq. Allahı razı salmaq istəyən insanın ilk hədəfi bu olmalıdır ki, günahdan uzaq olsun və nəfsani istəklərinin ardınca getməsin. İnsanın günah etməsi və nəfsani istəklərinə tabe olması - rəzil əxlaqi sifətlərdəndir ki, onu Allah dərgahından uzaqlaşdırar.

"Doğrudan da Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər". ("Əraf" 179).

2. Son.az deyerler.org-a istinadən bildirir ki, pis dostdan və yoldaşdan uzaq olmaq. İnsanın bədbəxt olmasına şərait yaradan amillərdən biri də pis dostun olmasıdır. Çünki insanın dostunun ona təsiri vardır - istər yaxşı insan olsun, istərsə də pis insan. Odur ki, insan yaxşı insanlarla dost olmalı və pis adamlardan uzaq olmalıdır. "Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım". ("Furqan" 28).

Allahı razı salan əməllər:

1. Təfəkkür etmək. Əgər insan öz halı və rəftarı barəsində təfəkkür edərsə, öz mahiyyətini dərk edər. Hər kim özünü dərk edərsə - Allahı dərk etmiş olar. Hər kim Allahı dərk edərsə - kamala çatar. İmam Əli (ə) buyurur: "Təfəkkür ilə qəlbini ayılt və gecə belini yataqdan uzaq tut və Allahın ardıcılı ol". (Beytutə)

2. Saleh insanlarla dost və yoldaş olmaq. "Ey iman gətirənlər, Allahdan qorxun və doğruçularla birgə olun (ki, onların ən bariz nümunəsi Peyğəmbərin (s) məsum Əhli-Beytidir)". ("Tövbə" 119).

Allah Təala bizləri gözəl əməllərə doğru Özü yönəltsin!

BMT baş katibi Gəncəyə edilən hücumu pisləyib like
  • 18 Okt 20:21  
Dünya BMT baş katibi Gəncəyə edilən hücumu pisləyib

BMT Baş katibi Antonio Quterreş insanların yaşayış yerlərinə edilən bü

arrow Ətraflı
İnsanın tövbəsi xalis olarsa, Allah günahı savaba çevirər like
  • 18 Okt 20:20  
Digərləri İnsanın tövbəsi xalis olarsa, Allah günahı savaba çevirər

Quran ayələri və hədislərdən belə nəticəyə gəlmək olur ki, tövbəni

arrow Ətraflı
İlahi qürb nədir? like
  • 18 Okt 20:15  
Digərləri İlahi qürb nədir?

Təqərrüb "qürb" sözündən götürülmüşdür və mənası "

arrow Ətraflı
Heyvanlar behiştə daxil olacaqlarmı? like
  • 18 Okt 20:10  
Digərləri Heyvanlar behiştə daxil olacaqlarmı?

Təfsirçilərin nəzərinə görə, Allah Təala Qiyamət günü insanları və

arrow Ətraflı
Əhlisünnə və şiə məzhəbləri hansı qollara bölünürlər? like
  • 18 Okt 19:55  
Digərləri Əhlisünnə və şiə məzhəbləri hansı qollara bölünürlər?

Əhli-sünnə məzhəbinin etiqadi və fiqhi əsasda bir neçə qolu vardır. M

arrow Ətraflı
Ərbəin ziyarətnaməsi like
  • 18 Okt 19:50  
Digərləri Ərbəin ziyarətnaməsi

Ərbəin ziyarətnaməsinin oxunuşu:

arrow Ətraflı
İnsanın mötədil durumda olubolmaması nə ilə bilinir? like
  • 18 Okt 19:45  
Digərləri İnsanın mötədil durumda olubolmaması nə ilə bilinir?

Dinimiz həmişə etidala riayət etməyin tərəfdarıdır. İfrat və təfriti

arrow Ətraflı
Hansı hallarda həya etmək qadağandır? like
  • 18 Okt 19:40  
Digərləri Hansı hallarda həya etmək qadağandır?

Həya - o fəzilətli sifətlərdəndir ki, insanın ağlının və imanının g

arrow Ətraflı
İşğaldan azad olunan Füzuli şəhərinin mərkəzində Azərbaycan bayrağı qaldırılıb  VİDEO like
  • 18 Okt 19:33  
Siyasət İşğaldan azad olunan Füzuli şəhərinin mərkəzində Azərbaycan bayrağı qaldırılıb VİDEO

İşğaldan azad olunan Füzuli şəhərinin mərkəzində Azərbaycan bayrağı

arrow Ətraflı
Ədn cənnəti behiştin hansı hissəsində yerləşir? like
  • 18 Okt 19:20  
Digərləri Ədn cənnəti behiştin hansı hissəsində yerləşir?

Ədn cənnəti behişt bağlarındandır ki, Həzrət Peyğəmbər (s) və onun

arrow Ətraflı
Təqvanı gücləndirmək üçün 6 vasitə like
  • 18 Okt 19:15  
Digərləri Təqvanı gücləndirmək üçün 6 vasitə

İnsanın daxilində yaxşılıqlara meyil və pisliklərdən uzaq olmaq hissi v

arrow Ətraflı
Behiştin ən ali məqamı necə adlanır? like
  • 18 Okt 19:10  
Digərləri Behiştin ən ali məqamı necə adlanır?

Firdovs - behiştin ən üstün mənzilgahıdır.

arrow Ətraflı
Düşmənin hərbi qüvvə və texnikaları məhv edilib  VİDEO like
  • 18 Okt 19:00  
Siyasət Düşmənin hərbi qüvvə və texnikaları məhv edilib VİDEO

Azərbaycan Ordusu düşmənin hərbi qüvvə və vasitələrinin məhv edilməs

arrow Ətraflı
Gürcüstanın Baş Naziri Azərbaycan Respublikasının Baş Nazirinə təbrik məktubu göndərib like
  • 18 Okt 18:51  
Siyasət Gürcüstanın Baş Naziri Azərbaycan Respublikasının Baş Nazirinə təbrik məktubu göndərib

Gürcüstanın Baş naziri Giorgi Qaxariya Azərbaycan Respublikasının Baş Na

arrow Ətraflı